Sərbəst güləş üzrə ikiqat dünya çempionu Kayl Deyk qeyri-adi istəklə diqqət mərkəzinə düşüb.
Mediainfo.az-ın məlumatına görə, 79 kq çəkidə çıxış edən ABŞ idmançısı MMA üzrə UFC-nin çempionu Həbib Nurməhəmmədovu görüşə çağırıb.
Sentyabrın 22-də Qazaxıstanın paytaxtı Nur-Sultanda dünya çempionatının finalında, bir il öncə isə Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan güləşçisi Cəbrayıl Həsənovu məğlub edən K. Deyk rusiyalı döyüşçü ilə sərbəst güləş qaydaları ilə üz-üzə gəlmək istəyindədir. H. Nurməhəmmədovun ən güclü cəhətinin parterdə güləş olduğunu bilən K. Deyk ona mesaj da göndərib: "Əgər Həbib xalçada mübarizə aparmaq istəyirsə, mən tam razıyam. Eşitdin, Həbib Nurməhəmmədov? Gəl!".
28 yaşlı güləşçi yaxın zamanda MMA-ya keçmək istəmədiyini də qeyd edib. Çünki o, Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etmək arzusundadır: "Hədəfim qızıldır".
Qeyd edək ki, K. Deykin mübarizə apardığı 79 kq çəki dərəcəsi qeyri-olimpiya çəkisi olduğu üçün lisenziya qazanmaq istəyini Qazaxıstanda reallaşdıra bilməyib. O, qarşıdakı yarışlarda başqa çəki dərəcəsində qüvvəsini sınamaq niyyətindədir.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































