Azərbaycanın yeniyetmə cüdoçusu Kamran Süleymanov Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında yarımfinala vəsiqə qazanıb.
Mediainfo.az xəbər verir ki, 60 kq çəkidə çıxış edən idmançı 1/4 finalda qazaxıstanlı Adil Marlenə qalib gəlib. O, finala vəsiqə uğrunda qırğızıstanlı Çingizxan Saqnaliyevlə qarşılaşacaq. Eyni çəkidə yer alan Turan Bayramov isə 1/4 finalda qazaxıstanlı Nursultan Zaizaqaliyevə məğlub olub.
Yeniyetmələrin Avropa Yay Olimpiya Festivalının qalibi olan Bayramov təsəlliverici görüşdə kiprli Georgios Balarjişvilini ipponla udub. O, bürünc medal uğrunda Adil Marlen (Qazaxıstan) - Davit Baxbaxaşvili ilə qarşılaşacaq.
66 kq çəkidə Mətin Rzazadə iki görüşdə qalib gəlsə də, 1/8 finalda braziliyalı Mateus Pereyraya yenilib.
Qızların mübarizəsində 48 kq çəki dərəcəsində çıxış edən Səbinə Əliyeva 1/16 finalda türkiyəli Buketnur Karabulutla bacarmayıb. 52 kq çəkidə Zeynəb Məmmədova isə eyni mərhələdə yaponiyalı Kaori Tadaya uduzub.
Mediainfo.az
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















