İngiltərənin "Arsenal" klubu daha bir transfer həyata keçirib.
"Topçular" Kot-d'İvuar yığmasının Fransa doğumlu futbolçusu Nikola Pepe ilə münasibətlərini rəsmiləşdirib.
24 yaşlı sağ cinah hücumçusu Fransanın "Lil" klubundan transfer edilib. "Arsenal"ın rəsmi saytı razılaşmanın əldə olunduğunu hələ bəyan etməsə də, Britaniya mətbuatı Pepenin London klubunun formasında müsahibə verərkən görüntüsünü yayıb. Qeyd edək ki, ötən mövsüm 41 oyuna 23 qol vurmuş N.Pepenin iyulun 26-da İtaliyanın "Napoli" klubuna keçəcəyi deyilmişdi. Həmin vaxt Neapol klubu transfer üçün 71,7 milyon funt xərcləməyə hazır idi. Lakin bir gün sonra "Lil" bu transferi 72 milyona "Arsenal"la razılaşdırdığını açıqlayıb.
Onu da bildirək ki, bu, "Arsenal" tarixinin ən bahalı transferi hesab edilir. "Arsenal"ın bunadək ən bahalı transferi fransalı hücumçu Aleksandr Lakazet idi. O, iki il əvvəl "Lyon"dan təxminən 52 milyon funta transfer edilmişdi.
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































