"Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi"

"Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi"

"Arsenal" ön xətdə kompakt oynamadı, hücumlar xaotik alınırdı və nadir hallarda qapıya zərbə olurdu. Fasilə ərəfəsində buraxılan qol isə üzücü oldu".

Bu sözləri rusiyalı məşqçi Aleksandr Bubnov Avropa Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin Tula "Arsenal"ına səfərdə qalib gəldiyi (1:0) oyun haqda danışarkən deyib.


Veteran futbolçu yerli mətbuata açıqlamasında "Neftçi"nin daha üstün futbol sərgilədiyini bildirib: "Qonaqların əks-hücumu zamanı "Arsenal"ın müdafiəçiləri daha çox olurdu. Ancaq onlar rəqibin hücumçularını dayandıra bilmədilər. "Neftçi" hesabda önə keçdikdən sonra oyuna inamla nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. "Neftçi"nin heyətində bir sıra texnikalı futbolçular var. Qapıçı Levaşov olmasaydı və bəxtimiz gətirməsəydi, "Neftçi" daha böyük hesabla qalib gələrdi".

64 yaşlı mütəxəssis "Neftçi"nin cavab matçında da favorit olacağını əlavə edib: "Cavab görüşü öncəsi Azərbaycan komandası aşkar favorit görünür. "Arsenal"ın növbəti mərhələyə keçməsi asan olmayacaq. Amma bu, imkansız deyil. Əgər səfərdə erkən qol vurub, əks-hücumlarda dəqiq oynayıb, standart vəziyyətlərdən istifadə edilsə, hər şey mümkündür. 0:1 sürüşkən hesabdır".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Bakıda, "Bakcell Arena"da keçiriləcək.

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az