Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılacaq.
İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.
Mərasimdə ölkəmizin ÇL-dəki yeganə təmsilçisi "Qarabağ"ın da 3-cü raunddakı potensial rəqibi məlum olacaq. 2-ci təsnifat mərhələsində İrlandiya "Dundalk"ı ilə qarşılaşacaq Ağdam təmsilçisi püşkatmada səpələnməmişlər səbətində yer alacaq. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası hazırkı rəqibini keçərsə, 3-cü raundda nisbətən reytinqi yüksək olan, səpələnmişlər səbətindəki komandalardan biri ilə düşəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsində ilk oyunlar avqustun 6-7-də, cavab matçları isə 13-də keçiriləcək.
Çempionlar Liqası, III təsnifat mərhələsi
Çempionlar yolu
Səpələnmişlər
"Ayaks" (Hollandiya)
"Seltik" (Şotlandiya) – "Nomme Kalyu" (Estoniya) cütünün qalibi
"Kopenhagen" (Danimarka) - TNS (Uels) cütünün qalibi
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Saburtalo" (Gürcüstan) cütünün qalibi
BATE (Belarus) – "Rusenborq" (Norveç) cütünün qalibi
APOEL (Nikosiya, Kipr) - "Sutyeska" (Monteneqro) cütünün qalibi
Səpələnməmişlər
PAOK (Yunanıstan)
"Dandolk" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) cütünün qalibi
"Maribor" (Sloveniya) – AIK (İsveç) cütünün qalibi
"Srvena Zvezda" (Serbiya) – HİK (Finlandiya) cütünün qalibi
"Makkabi" (Tel-Əviv, İsrail) - "CFR Kluj" (Rumıniya) cütünün qalibi
"Ferensvaroş" (Macarıstan) – "Valetta" (Malta) cütünün qalib
Qol.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































