"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Dundalk" İrlandiya çempionatının növbəti turunda da meydana çıxmayacaq.
Komandanın 26-cı turda "Sent Patriks Atletiks" klubu ilə oyunu təxirə salınıb. Şəhərin eyniadlı təmsilçisinin Ağdam klubu ilə matçlara daha yaxşı hazırlaşması üçün belə bir addım atılıb. İyulun 26-da keçirilməli olan qarşılaşmanın vaxtı dəyişdirilib.
Xatırladaq ki, "Dundalk"ın iyulun 19-da "Kork Siti" ilə oyunu da "Riqa" ilə Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab görüşünə görə təxirə salınmışdı.
Qeyd edək ki, "Qarabağ"la "Dundalk" arasında ilk oyun iyulun 24-də İrlandiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Cavab matçı isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































