Rusiyanın "Realnoye vremya" qəzetində dərc olunan yazıda millimizin hücumçusu Ramil Şeydayevlə bağlı fikirlər səsləndirilib.
Qeyd edilib ki, Ramilin komandası Moskva "Dinamo"su hələ də mərkəz hücumçusunun çatışmazlığından əziyyət çəkir.
"Arsenal"la oyunda (Rusiya Premyer Liqasının ötən həftə keçirilən ilk turunun matçı – red.) o, hücumun bütün eni boyunca mümkün qədər işləməyə çalışdı. Ramil ilk hissədə mütamadi olaraq cinahlarda görünür, top uğrunda mübarizə aparırdı. Özü də başa düşür ki, komandada mərkəz hücumçusunun olmaması ona "Dinamo"nun əsas heyətində möhkəmlənmək şansı verir. Bu şansdan istifadə etmək üçün isə onun vaxtı azdır. "Rubin"lə qarşıdakı görüş Şeydayevə üçün mühüm andır. Çünki klub hazırda Avropadan mərkəz hücumçusunun alınması məqsədilə fəal danışıqlar aparır. Danışıqların getdiyi oyunçular "Marsel"dən Klinton N’Jye və "Ştutqart"dan Anastasios Donisdir. Buna qədər "Dinamo" "Luqano"nun hücumçusu Karlinyos Junioru heyətinə qatmağa hazır olsa da, brazilyalı tibbi baxışdan uğurla keçə bilməmişdi" – deyə yazıda bildirilib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















