Bu gün Azərbaycanın iki komandası UEFA Avropa Liqasında mübarizəyə başlayacaq.
I təsnifat mərhələsinin ilk görüşündə "Neftçi" və "Səbail" komandaları iki qonşu ölkə - Moldova və Rumıniyanın təmsilçiləri ilə üz-üzə gələcək. Flaqmanı qəbul edəcək "Sperantsa" və "Universitatya"nın Bakıda qonaq olacağı "Səbail" avrokubokların debütantlarıdır.
"Neftçi" Kişinyovdakı "Zimbru" stadionunda keçirəcəyi matça itkilərlə çıxacaq. Yarımmüdafiəçi Soni Mustivar və hücumçu Baqali Dabo zədə üzündən oynamayacaq. "Ağ-qaralar" bu mərhələni geridə qoyacağı təqdirdə, avrokubokların daha bir debütantı - Rusiyanın "Arsenal" (Tula) komandasına rəqib olacaq.
"Səbail" isə Rumıniya təmsilçisi ilə dueldən qalib ayrılsa, "Honved" (Budapeşt, Macarıstan) - "Jalgiris" (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Hər iki cavab oyunu bir həftə sonra olacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyunlar
11 iyul
20:00. "Səbail" (Azərbaycan) - "Universitatya" (Krayova, Rumıniya)
Baş hakim: Fyodor Zammit
Baş hakimin köməkçiləri: Dankan Sultana, Teodore Zammit
Dördüncü hakim: Mario Apap
(Hakimlər briqadası Maltadandır)
UEFA nümayəndəsi: Patrik Uottebled (Fransa)
Hakim-inspektor: Miroslav Vitkoviç (Xorvatiya)
Bakı, "ASCO Arena"
21:00. "Sperantsa" (Moldova) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Tim Marşal
Baş hakimin köməkçiləri: Pol Robinson, Odri Neteri
Dördüncü hakim: Tomas Entoni Klark (Hakimlər briqadası Şimali İrlandiyadandır)
UEFA nümayəndəsi: Anna Bordyuqova (Ukrayna)
Hakim-inspektor: Gevorq Hovannisyan (Ermənistan)
Kişinyov, "Zimbru" stadionu
Qeyd edək ki, "Səbail" - "Universitatya" matçı CBC International, "Sperantsa" - "Neftçi" görüşü isə CBC Sport telekanalları ilə canlı yayımlanacaq. (report)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































