"Avro-2020-nin final mərhələsində bizi maraqlı təcrübə gözləyir. Çünki 12 ev sahibindən bəziləri hələ yüksək səviyyədə futbolla tanış olmayan ölkələrdir. Onların bu böyük yarışın bir hissəsi olmaq imkanı qazanması çox yaxşıdır".
Bu sözləri Fransa millisinin sabiq üzvü David Trezege deyib. Veteran hücumçu "sport-express" nəşrinə geniş müsahibəsində Avro-2020-nin final mərhələsinin keçiriləcəyi ölkələr haqda danışıb. O, turnirin 4 oyunun Bakıya salınmasına da münasibət bildirib:
"Düzdür, Avroliqanın finalı ilə bağlı bir çox tənqidlər oldu. Amma məncə, bunun böyük hissəsi təşkilati məsələlərlə bağlı idi. Çünki stadion özü çox gözəl və genişdir. Bu, Bakının ilk belə təcrübəsi idi. İlklər nadir hallarda ideal olur. Əlbəttə, Azərbaycan Avropa hissəsindən bir az kənarda yerləşir. Ancaq bu təcrübə Bakıya Avro-2020-də çox kömək edəcək".
Qeyd edək ki, Avropa çempionatında qrup mərhələsinin 3, 1/4 finalın isə 1 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































