İngiltərənin "Çelsi" klubunun futbolçusu Eden Hazard İspaniyanın "Real Madrid" klubuna transfer olub.
Belçikalı yarımmüdafiəçi ilə beşillik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah hücumçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real Madrid"ə 100 milyon avroya başa gəldiyi yazılıb.
E.Hazar 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasında 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransanın "Lill" klubundan başlayan Eden Hazard 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.Azərtac
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































