Futbol üzrə Türkiyə Superliqasının XXXIII turunda turnir cədvəlinin dördüncü pilləsində yer alan "Trabzonspor" komandası üçüncü sıradakı "Beşiktaş"la qarşılaşıb.
Çempionluq uğrunda mübarizə aparan komandaların qarşılaşmasında "Trabzonspor" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Oyunda hesabı 53-cü dəqiqədə Filip Novakın baş zərbəsi ilə vurduğu qolla meydan sahibləri açıblar. 74-cü dəqiqədə isə beşiktaşlı Şhinji Kaqava topu rəqib qapısından keçirib - 1:1. Hücumlarını çoxaldan "Trabzonspor" bundan üç dəqiqə sonra hesab arasındakı fərqi artırıb. Yusuf Yazıcı komandasının qələbə topunu vurub – 2:1.
Beləliklə, bu oyundan sonra xallarının sayını 60-a çatdıran baş məşqçi Ünal Karamanın yetirmələri Türkiyə çempionatında dördüncü sıradakı mövqelərini möhkəmləndiriblər.
İki komanda əvvəllər 128 dəfə qarşılaşıb. Bunlardan 53-də "Beşiktaş", 43-də "Trabzonspor" qalib ayrılan tərəf olub. 31 matç heç-heçə başa çatıb.
Turun digər oyununda "Antalyaspor" komandası "Yeni Malatyaspor"a 3:0 hesabı ilə qalib gəlib.
Hazırda turnir cədvəlində "Qalatasaray" və "Başakşəhər" 66 xalla birinci-ikinci yerləri bölüşürlər. 33-cü tur çərçivəsində mayın 19-da İstanbul derbisində "Qalatasaray" "Başakşəhər"i qəbul edəcək.
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



























.jpg)


















.jpg)

