İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.
Bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin, o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun".
Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək. (report)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















