Çempionlar Liqasında yarımfinal mərhələsinin digər oyunu keçirilib.
Turnirin son finalçısı "Liverpul" səfərdə "Barselona"nın qonağı olub.
Ardıcıl ikinci mövsümdə ÇL-in həlledici oyununda iştirak etmək istəyən mersisaydlılar "Nou Kamp"da sərfəli nəticə qazanmağa çalışsa da, meydan sahibləri buna imkan verməyib. Kataloniyalılar 3 cavabsız qolla səfər oyunu öncəsi böyük üstünlük qazanıb.
Qeyd edək ki, yarımfinalın digər matçında "Ayaks" səfərdə "Tottenhem"i 1:0 hesabı ilə məğlub edib.