"Bizdə şəhər trası olduğundan orda 300-dən çox kanalizasiya lyuku var. Biz onların hamısını bərkidib, hər birini yürüşün startından bir neçə gün əvvəl yoxlamışıq".
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) icraçı direktoru Arif Rəhimov deyib.
Funksioner Bakıdakı yarışın ilk günündə yaşanan qəza barədə fikirlərini açıqlayıb. A.Rəhimov birinci sərbəst yürüş zamanı kanalizasiya qapağının yaxşı bərkidilməmiş hissəsinə ilişərək qəza ilə üzləşən "Uilyams" bolidinə dəymiş zərərin sığorta üzrə ödənəcəyini bildirib: "Bu halda isə problemi vizual olaraq görmək mümkünsüz idi. Problem aşağı hissədən qaynaqlandı, kanalizasiya qapağını saxlayan qarmaqlar pas atıb və nəticədə "Uilyams"la belə xoşagəlməz hadisə yaşanıb. Amma belə hallar olur. Biz birinci deyilik ki, bununla üzləşir, Monakoda da, Çində də, Malayziyada da belə olub. Yəni təkcə şəhər trasları deyil, treklərdə də yaşanıb. Təəssüf ki, bu dəfə belə halla biz üzləşdik. Bir neçə dəfə "Uilyams"dan üzr istədik. Komandaya dəymiş zərər sığorta üzrə ödənəcək. Söhbətin hansı məbləğdən getdiyini hələ bilmirik. Amma dəqiqdir ki, həmin zərər tamamilə ödənəcək. Baş verənlərdən sonra biz hər qapağı 4 dəfə yoxladıq. Mümkün olan hər şeyi bərkitdik. 100 faizlik etibarlılıq yəqin ki, heç yerdə yoxdur. Lakin biz 99,9 faiz təminat veririk. Bir daha belə hal yaşanmamalıdır".
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















