Formula1 yarışları rəngarəng və maraqlı keçəcək

Formula1 yarışları rəngarəng və maraqlı keçəcək

Bakıda keçiriləcək Formula1 yarışları ilə bağlı yarışları işıqlandırmaq üçün akkredasiyadan keçən jurnalistlər üçün Hilton oteldə mətbuat konfransı keçirilib. Mətbuat konfransında yarışlar ilə bağlı geniş məlumat verilib. Qeyd edilib ki, yarışların keçiriləcəyi vaxt KİV əməkdaşlarının yarış iştirakçıları ilə birbaşa əlaqələr saxlaması üçün bütün imkanlardan istifadə ediləcək. Bu məqsədlə yarışın sonunda təxminən 18.30-da öncədən müəyyən edilmiş yerdə yarış iştirakçılarına KİV əməkdaşları sual vermək, onlardan müsahibə götürmək imkanı veriləcək. Yarışları izləmək üçün 100-ə yaxın yerli və xarici mətbuat orqanı qeydiyyatdan keçib. Yarışların gedişini həmçinin xarici ölkələrdən ölkəmizə gələn 1000 nəfərdən artıq turist də izləyə biləcək.

O da xüsusi vurğulanıb ki, yarışlardan əvvəl Formula1 iştirakçıları xüsusi nəqliyyat vastələri ilə azarkeşləri salamlayacaqlar. Bu məqsədlə yarışa bilet alan azarkeşlərin onlar üçün ayrılan tamaşaçı yerlərində olmalarının vacibliyi vurğulanıb.

Biletlərin satışına gəlincə qeyd edilib ki, satış üçün nəzərdə tutulan biletlər demək olar satılıb. Biletlərin qiymətləri isə 55 manatdan başlayaraq 750 manata kimidir.

Yarışlar Azərbaycan Dövlət himni ilə başlayacaq.

Bundan əlavə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) tərəfindən 2019 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi yarış həftə sonunda dünyaca məşhur DJ-lərin çıxış edəcəyi və gec saatlaradək davam edəcək "Bakı Şəhərinin Sədaları" (Baku City Sounds) adlı gecə əyləncə gecəsi keçiriləcək.

"Elektra Events Hall"-da baş tutacaq gecə əyləncə proqramında Ciqan, Mahmut Orhan, Robin Şultz və "Lost Frequencies" kimi məşhur DJ-lər iştirak edəcəklər. Bundan başqa, DJ Mendoza məkanın daimi sakini kimi yarış həftəsonu ərzində hər gecə öz çıxışı ilə dinləyicilərə unudulmaz anlar yaşadacaq.

Həftəsonunun gecə əyləncə proqramına 26 aprel tarixində start veriləcək və ilk olaraq səhnəyə "Qızıl Qramafon" və "İlin mahnısı" mükafatlarına layiq görülmüş rusiyalı məşhur pop-hip-hop ifaçısı Ciqan çıxacaq. Onu da deyək ki, 2019 Formula 1 Azərbaycan Qran Prisinə bileti olan şəxslər də sözügedən gecə əyləncə proqramı üçün ayrılıqda bilet satın almalıdırlar.

Emin Axund

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.04.27

2026.04.26

2026.04.25

2026.04.24

2026.04.23

2026.04.22

2026.04.21

2026.04.20

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az