"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım. Şükürlər olsun, Allah qismət elədi".
Bu sözləri Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatında 79 kq. çəkidə qızıl medal qazanan Cəbrayıl Həsənov deyib. 2010 və 2011-ci illərdə Avropa çempionu olan idmançımız 8 illik fasilədən sonra titul həsrətinə son qoyub. 6-cı dəfə turnirin finalına çıxmaqla kişi güləşçilərimiz arasında rekorda imza atan Cəbrayıl indi həm də üçqat Avropa çempionudur. Sərbəst güləş yığmamızın kapitanı qələbə təəssüratını Azərbaycan Güləş Federasiyasının rəsmi saytı ilə bölüşüb:
"Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".
Qeyd edək ki, Həsənovun finaldakı rəqibi rusiyalı Əhməd Qazıməhəmmədov zədə səbəbindən döşək üzərinə çıxmadığından, həmyerlimiz vaxtından əvvəl çempion olub. Qol.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































