Aprelin 8-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun son oyununda "Beşiktaş" səfərdə "Rizəspor"un qonağı olub.
"Caykur Didi" stadionunda baş tutan görüşün 8-ci dəqiqəsində "Beşiktaş"ın müdafiəçisi Domaqoy Vida hesabı açıb. Qonaqlar yenidən 14-cü dəqiqədə Adem Lyayiçin vurduğu qol sayəsində fərqi ikiyə çatdırıblar. Meydan sahibləri 42-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıblar. Vedat Muriqi qüvvətli zərbə ilə topu qapıdan keçirə bilib. Lakin Burak Yılmaz 64-cü dəqiqədə vurduğu qolla yenidən meydan sahiblərini oyuna mərkəzdən başlamağa məcbur edib. Meydan sahibləri Məhəmməd Aberhoun 70-ci dəqiqədə vurduğu qolla yenidən hesab arasındakı fərqi minimuma endiriblər. Lakin qonaqlar bir dəqiqə sonra Güvən Yalçının vurduğu qol sayəsində yenidən hesab arasındakı fərqi ikiyə çatdırıblar.
Adem Lyayiç 78-ci dəqiqədə özünün ikinci komandasının beşinci qolunu vurub. Güvən Yalçın isə 82-ci və 90-cı dəqiqələrdə vurduğu qollar sayəsində öz het-trikini rəsmiləşdirib. Beləliklə, "Beşiktaş" səfərdə "Rizəspor"u 7:2 hesabla darmadağın edib.
Bu oyunlardan sonra "Beşiktaş" 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.(axar.az)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















