Türkiyədə keçirilən ənənəvi "U12 İzmir Cup" beynəlxalq turnirinə yekun vurulub.
Yarışda qüvvəsini sınayan "Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası sonuncu gün iki qarşılaşmaya çıxıb. Qrup oyunlarından sonra final mərhələsinə vəsiqə qazana bilməyən Elnur İmanquliyevin baş məşqçisi olduğu komanda təsəlliverici matçlarda gücünü yoxlayıb. "Qəbələ" Türkiyənin "Başakşəhər" klubu ilə qolsuz heç-heçə edib. "Trabzonspor"la görüşdə isə komandalar hərəyə bir qol vurublar. "Qırmızı-qaralar"ın heyətində Ömər Kərimov fərqlənib. Bu oyunun penaltilər seriyasında "Qəbələ" 5:4 hesablı qələbə qazanıb.
Turnirin qalibi isə "Mançester Siti" (İngiltərə) və PSV (Hollandiya) arasında oyunda müəyyənləşib. Böyük britaniyalılar qolsuz başa çatan matçın penaltilər seriyasında qələbə qazanıblar – 2:1. 3-cü yer uğrunda matçda isə İtaliya "Parma"sı Sloveniyanın "Olimpiya" klubunu 1:0 hesabı ilə məğlub edib. (qol.az)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















