Ferrari komandası Şarl Leklerin sonuncu Bəhreyn yarışındakı problemini tapıb.
Monakolu sürücü lider getdiyi Bəhreyn yarışının sonuna 10 dövrə qalmış yavaşlayıb və nəticədə üçüncülüklə barışıb.
Maranelloda aparılan təhlillərin ardından məlum olub ki, gənc sürücünün maşınında injektor problemi olub. Lakin daxiliyanma mühərriyində heç bir problem yoxdur və Çində istifadə etmək mümkün olacaq. İnjektor yanacağı çəkməklə bağlı problem yaşayıb və nəticədə silindrlərdən biri sıradan çıxıb. Buna görə də mühərrik 120 at qüvvəsi itirib. İnjektorun xarab olma səbəbi Shell yanacaqları ola bilər. Lakin komanda injektoru xarab edən səbəbi tapmaq üçün əlindən gələni edir. Əgər komanda yeni problemlə qarşılaşmasa, injektoru dəyişməklə hər şey qaydasına düşəcək. Amma komanda hər ehtimala qarşı ikinci daxiliyanma mühərriyinə keçə bilər.f-1.az
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































