Ramil Şeydayev Rusiyada 5-ci olub
Rusiya Premyer Liqasında ötən ayın ən yaxşı 5 futbolçusunun adı məlum olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Premyer Liqanın "Vkontakte" sosial şəbəkədəki rəsmi səhifəsində aparılan sorğunun nəticəsinə əsasən, "Zenit"in türkmən mənşəli iranlı hücumçusu Sərdar Azmun 49.46 faizlə (20.834 səs) mart ayının ən yaxşı oyunçusu hesab edilib. Səsvermə zamanı ümumilikdə mart ayında Premyer Liqanın ən yaxşı 5 futbolçusu müəyyən olunub. Onların arasında futbol üzrə Azərbaycan milli yığmasının və Samaranın "Krılya Sovetov" komandasının hücumçusu Ramil Şeydayevin də adı var. Azərbaycanəsilli futbolçu mart ayında "Krılya Sovetov"un heyətində "Lokomotiv", "Yenisey" və "Anji" ilə matçlarda 3 qol vurub. O bu siyahıda 2.37 faizlə (999 səs) sonuncu-5-ci yerdə qərarlaşıb. Mart ayının ən yaxşı 5 futbolçusu arasında Sərdar Azmun ("Zenit" - 49.46), Fyodor Çalov (SSKA - 35.12), Anton Mirançuk ("Lokomotiv" – 6.53), Mario Fernandes (SSKA – 6.52) , Ramil Şeydayevin ("Krılya Sovetov" – 2.37) adları var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































