Türkiyə Super liqasında 23-cü turun son oyunu keçirilib.
Mediainfo.az-ın verdiyi xəbərə görə, hazırda turnir cədvəlinin 3-cü pilləsində olan "Beşiktaş" doğma meydanda "Fənərbaxça"yla qarşılaşıb. Oyun meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Onlar hesabı artıq oyunun 11-ci dəqiqəsində açıblar.
"Beşiktaş" birinci hissədə daha 2 qol vuraraq hesabı 3:0 çatdırıb. Lakin meydan sahibləri bu üstünlüyü qoruyub saxlaya bilməyiblər. İkinci hissədə özünə gələn qonaqlar möcüzəyə imza ataraq hesabı bərabərləşdiriblər. Beləliklə möhtəşəm derbi 3:3 hesabı ilə başa çatıb
Türkiyə Super Liqası, 23-cü tur
"Beşiktaş" – "Fənərbağça" - 3:3
Qollar: Gökhan Gönül, 10 (1:0), Burak Yılmaz, 18-pen. (2:0) 45+2 (3:0), Mixa Zayts, 55 (3:1), Sadik Çiftpınar, 62 (3:2), Hasan Ali Kaldırım, 67 (3:3)
Qeyd edək ki, hazırda aktivində 40 xalı olan "Beşiktaş" turnir cədvəlinin 3-cü, "Fənərbaxça" isə 25 xalla 15-ci pilləsində qərarlaşıb. Lider "Başakşəhər"in 51 xalı var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































