"Qarnımın aşağı hissəsində ağrı hiss etdim. Əvvəl heç vaxt belə olmamışdı. Çox dözülməz idi".
Bu sözləri milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki deyib. Bağırsağındakı problemlə bağlı ötən ilin dekabrında əməliyyat olunan xorvatiyalı mütəxəssis 2 aya 20 kq arıqlayıb. Xoşagəlməz hadisəni xatırlayan Prosineçki bunları söyləyib: "Dərhal məni xəstəxanaya apardılar. Qanda zəhərlənmə olmasın deyə təcili bıçaq altına yatmaq lazım idi. Əməliyyat uğurlu keçdi. Ancaq xəstəxanada uzun müddət qalmaq asan deyil".
Ötən ilin yanvarından Bosniya və Herseqovina millisinə başçılıq edən Prosineçki Avro-2020-nin seçmə mərhələsində mübarizə aparacaqları rəqibləri dəyərləndirib: "Uğursuzluqdan qorxurammı? Qorxsaydım, Bosniyaya gəlməzdim. Nədən qorxmalıyam ki? Seçmə mərhələdəki uğursuzluqdan? Qrupumuzda İtaliya millisi yer alır. Hansı ki, DÇ-2018-ə gedə bilmədilər və yenidən böyük turnirə qayıtmaq istəyirlər. Yunanıstanla köhnə haqq-hesabımız var. Onlar da uzun müddətdir bu cür yarışlara qatıla bilmirlər. Sabiq Avropa çempionlarının da müəyyən hədəfləri var və öz məqsədlərinə nail olmağa çalışacaqlar. Yunanlar arzuolunmaz rəqibdir. Ancaq qarşısıalınmaz deyillər.
Rəqiblərimizdən biri Finlandiyadır. Onlar da Azərbaycan kimi partlamamış bombadır. 50 ildə bir sürpriz edirlər. Finlər ötən seçmə mərhələdə səfərdə Xorvatiya ilə heç-heçə edərək, hamını təəccübləndirmişdi.
Ermənistan? Əgər biz bu yığmadan qorxuruqsa və onlara qalib gələ bilmiriksə, onda heç Avro-2020-yə getməməliyik. Bu, rəqibi qiymətləndirməmə deyil. Amma həqiqətdir". Qol.az
|
|
Bakıda sürücü yeniyetməni vurub öldürüb
Bakıda 100.000 manat dəyərində qızıl əşyalar oğurlanıb
Məşhur uşaq qidasında siçan zəhəri aşkarlandı
Tbilisidə azərbaycanlı qızın meyiti tapıldı
196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı
Dələduzluqda ittiham olunan məktəb direktoru Türkiyədən Azərbaycana ekstradisiya edilib
Kosmetoloq Ülviyyə İlyasovaya amnistiya aktı şamil edilib
60 yaşlı kişi pilləkəndən yıxılıb öldü






















































