Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib.
Qol.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında "Konyaspor" və "Malatyaspor" komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 1:1. "Göztəpə" - "Alanyaspor" matçında isə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.
Turun mərkəzi oyununda isə "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub. Hazırda "sarı-qırmızılılar"ın ehtiyatında 39 xal var.
Turnir cədvəlinə isə 45 xalla "Başakşəhər" başçılıq edir. "Beşiktaş" 36 xalla 3-cü, "Trabzonpor" isə 33 xalla 5-cidir.
Qeyd edək ki, tura bu gün yekun vurulacaq.
Türkiyə Superliqası, 21-ci tur
10 fevral
"Konyaspor" - "Malatyaspor" - 1:1
Qollar: D. Aleksiç, 74 (0:1), Adis Yahoviç, 85-pen.
"Göztəpə" - "Alanyaspor" - 3:2
Qollar: D. Kadah, 21 (1:0), Ç.Borqes, 32 (2:0), G. Tsavellaz, 43 (2:1), P. Sisse, 75 (2:2), N. Cilas, 90 (3:2)
"Qalatasaray" - "Trabzonspor" - 3:1
Qollar: M. Dian, 21-pen. (1:0), H. Rodalyeqa, 30 (1:1), Y. Belhanda, 45 (2:1), 51 (3:1)
11 fevral
"Ankaragücü" - "Kasımpaşa"
"Sivasspor" - "Akhisar"
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb
Qaydanı pozan “Gelandevagen”in sürücüsü saxlanıldı
Bakıda ata və 13 yaşlı oğlu dəm qazından ölüb
Milli Parkın ərazisində narkoplantasiya salan şəxs ələ keçdi
Azərbaycanlıların olduğu gəmilər vuruldu: ölənlər var
Bu gün "8-ci Kilometr" bazarında elektrik enerjisi olmayacaq
Xəzərdə avtoxuliqanlıq edən daha bir sürücü həbs edildi



































.jpg)













