Azərbaycan Premyer Liqasında XV turun daha bir görüşü keçirilib.
Turun ikinci oyun gününün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 84-cü dəqiqədə Stiven Jozef-Monroz vurub.
Fasilədən sonra "qırmızı-qaralar" tədricən təşəbbüsü ələ alıblar. Hissənin ortalarında təhlükəli kombinasiyadan sonra Ceyms Adeniyinin zərbəsi qapı tirinə tuş gəlib. "Qəbələ" növbəti təhlükəli vəziyyətində isə hesabı açıb. Jozef-Monroz uzaqdan zərbə ilə hesabı açıb. Bundan sonra kapitan Cavid Hüseynovun da hesabı artırmaq üçün imkanı olub. Lakin o, komanda yoldaşına ötürmə vermək əvəzinə qapıya uğursuz zərbə endirib.
"Qəbələ bu qələbə sayəsində xallarını 20-yə çatdıraraq, xal sayında 4-cü pilləyəki "Sabah"la bərabərləşib. 17 xala malik "Sumqayıt" isə 6-cı pillədə qalıb və "qırmızı-qaralar"dan 5 xal geri düşüb.
Tura saat 18:30-da başlanacaq "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə səfərdə "Sabah" "Zirə"yə 2:0, "Səbail" "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.Report
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir


























.jpg)
.jpg)










.jpg)
















