İngiltərə Premyer Liqasının 24-cü turunda "Mançester Yunayted"i nəhayət ki, dayandıran tapılıb.
Mediainfo.az-ın verdiyi xəbərə görə, Sulşer baş məşqçi təyin ediləndən sonra qələbəni qələbə dalınca əldə edən "qırmızı şeytanlar" öz meydanlarında "Börnli" ilə oyunda çətin vəziyyətə düşüblər. "Mançester Yunayted" ilk hissədə qapılarını toxunulmaz saxlasa da, ikinci hissənin 51 və 81-ci-ci dəqiqələrində iki dəfə topu qapıdan çıxarmağa məcbur olublar. 0:2 hesabı ilə geri düşməsinə baxmayaraq meydan sahibləri 89-cu dəqiqədə Poqbanın 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesab arasındakı fərqi azalda biliblər. Oyunun əsas vaxtına əlavə edilən 2-ci dəqiqədə isə Lindelöf vurduğu qolla komandasını məğlubiyyətdən xilas edə bilib.
"Mançester Siti" isə səfərdə gözlənilmədən "Nyukasl" la 1:2 hesabı ilə məğlub olub.. "Arsenal" isə doğma azarkeşləri önündə "Kardiff Siti"dən güclü olub - 2:1.
İngiltərə Premyer Liqası, 24-cü tur
29 yanvar
"Arsenal" - "Kardiff Siti" - 2:1
Qollar: P. E. Obameyanq, 66-pen. (1:0), A. Lyakazett, 83 (2:0), N. M. Laynq,90 (2:1)
"Fulhem" - "Brayton" - 4:2
Qollar: Qlenn Mürrey, 3, (0:1), 17 (0:2), K. Çambers, 47 (1:2), A. Mitroviç, 58 (2:2), 74 (3:2), L. Vietto, 79 (4:2)
"Haddersfild" - "Everton" - 0:1
Qol: Rişarlison, 3
"Vulherhempton" - "Vest Hem" - 3:0
Qollar: R. Saiss, 66 (1:0), R. Ximenes, 80 (2:0), 86 (3:0)
"Mançester Yunayted" - "Börnli" - 2:2
Qollar: E. Barns, 51 (0:1), K. Vud, 81 (0:2), P. Poqba, 89-pen. (1:2), V. Lindelöf, 90+2
"Nyukasl" - "Mançester Siti" - 2:1
Qollar: S. Aquero, 1 (0:1), S. Rondon, 66 (2:1), M. Ritçi, 80-pen. (2:1)
30 yanvar
"Bornmut" - "Çelsi"
"Sauthempton" - "Kristal Pelas"
"Liverpul" - "Lester"
"Tottenhem" - "Uotford"
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































