"Qarabağ" Qazaxıstanda oynayan daha iki sabiq futbolçusunu geri qaytara bilər.
Bu barədə Qazaxıstanın "Vesti" saytı məlumat yayıb. İddialara görə, hazırda Riçard Almeyda və Pedro Enrike ilə danışıqlar gedir.
Qeyd edilir ki, Reynaldo Silvanın dönüşündən sonra Almeydanın qayıdışı daha realdı. Artıq millimizin üzvünün müqavilə imzalamaq üçün Bakıya gəlməyə hazırlaşdığı iddia olunub. Onun "Astana" ilə qüvvədə olan müqaviləsi var.
Müqavilə il PAOK-a məxsus olan və icarə əsasında "Astana"da çıxış edən Pedro Qazaxıstanda qalmaq istəmir. Braziliyalı ya PAOK-da, ya da "Qarabağ"da çıxış edəcək.
Qeyd edək ki, Riçard Almeyda 2012-2018-ci illərdə "Qarabağ"da çıxış edib. Pedro Enrike isə ötən mövsüm icarə əsasında Ağdam klubunun formasını geyinib.(qaynarinfo)
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































