Norveçli tanınmış futbol məşqçisi Ule Qunnar Sulşer müvəqqəti olaraq "Mançester Yunayted" komandasının baş məşqçisi vəzifəsini icra edəcək.
Mediainfo.az-ın verdiyi məlumata görə, bu barədə adı çəkilən klubun mətbuat xidmətinin yaydığı press-relizdə deyilir. "Mançester Yunayted" rəhbərliyi ilə 45 yaşlı məşqçi arasında bu mövsümün sonuna kimi müvafiq anlaşma imzalanıb. Sulşerə Mayk Fellan, Maykl Kerrik və Kiren Makkena köməklik edəcəklər.
Sulşer isə öz yeni təyinatı ilə bağlı deyib: "Bu komanda mənə doğmadır və onu həmişə ürəyimdə yaşatmışam. Şadam ki, yenidən bu kluba qayıtmışam. Yeni istedadlı futbolçularla işləyəcəyim anları səbirsizliklə gözləyirəm".
Sulşer müxtəlif vaxtlarda "Mançester Yunayted"in ehtiyat komandasın çalışdırıb, həmçinin "Molde" və Kardiff Siti" komandalarının baş məşqçisi işləyib.
Sulşer 1996-2007-ci illərdə "Mançester Yunayted"in heyətində 235 oyunda meydana çıxıb və rəqib qapılarından 91 top keçirib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır



.jpg)



















































