"Arsenal" Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunun "Qarabağ"la ev oyununda (1:0) Ağdam klubuna qarşı baş verən erməni təxribatı ilə bağlı bəyanat yayıb.
London klubu "Emireyts" stadionundakı təhlükəsizlik məsələlərinin yenidən gözdən keçiriləcəyini bildirib:
"Stadiondakı təhlükəsizlik prosedurları müntəzəm olaraq nəzərdən keçirilir. Son oyunda baş verən insidenti analiz etdikdən sonra arenadakı tədbirləri necə daha da gücləndirə biləcəyimiz haqda düşünəcəyik. "Emireyts"də nadir hallarda hansısa azarkeş meydana girə bilər. Çünki təlim keçmiş çoxsaylı təhlükəsizlik əməkdaşlarımız adətən onların qarşısını vaxtında alırlar".
Qeyd edək ki, UEFA artıq məsələ ilə bağlı intizam işi açıb. Meydana girən erməni azarkeşin hərəkəti ilə bağlı tədbir görüləcəyi, "Arsenal"ın isə buna görə cəzalanacağı gözlənilir.
Xatırladaq ki, "Arsenal" – "Qarabağ" matçınıın sonlarında meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutan erməni azarkeş daxil olub və Ağdam klubunun futbolçularının üzərinə qaçıb. "Qarabağ"ın oyunçuları, xüsusilə kapitan Rəşad Sadıqov və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.(qol.az)
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir





























.jpg)
.jpg)










.jpg)














