"Qızıl top"un bu ilki yeni sahibi məlum olub.
Mediainfo.az-ın verdiyi xəbərə görə, bu dəfə"Frans Futbol" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatı Luka Modriçə nəsib olub. Xorvatiya millisinin və İspaniyanın "Real Madrid" klubunun yarımmüdafiəçisi Luka Modriç bununla da futbol karyerası dövründə ən böyük uğuruna imza atıb. Ona bu mükafatın verilməsində və ilin ən güclüsü seçilməsində 2018-ci ildə dünya çempionatının gümüş mükafatçısı və Çempionlar Liqasının qalibi olması da önəmli rol oynayıb.
Xatırladaq ki, Luka Modriç əvvəllər FİFA tərəfindən təsis edilən "The Best" mükafatını alıb, həmçinin UEFA tərəfindən mövsümün futbolçusu elan edilib. Luka Modriçin bu mükafatı alması beynəlxalq futbol mütəxəssisləri tərəfindən birmənalı qarşılanmayıb. Əksər tanınmış mütəxəssislər belə hesab edirlər ki, Ronaldo və Messi həmişəki kimi dünyanın ən güclü futbolçusu olaraq qalmaqda davam edirlər. Modriçə bu mükafat daha çox futbolda digər istedadları üzə çıxarmaq məqsədi ilə verilib.
Qeyd edək ki, Fransa millisinin və PSJ klubunun futbolçusu Kilian Mbappeyə isə nüfuzlu fransız nəşri tərəfindən ən yaxşı və ən gənc futbolçu üçün təyin edilən mükafat verilib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir





























.jpg)
.jpg)










.jpg)














