Stokholmda keçirilən “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinə yekun vurulub.
“Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı isə Azərbaycan yığma komandasının baş məşqçisi vətənpərvər soydaşımız, Azərbaycanımızı sözdə deyil, ürəkdən sevən Rüfət Əhmədov olub.
Mediainfo.az xəbər verir ki, ötən gün yarışın final oyunu baş tutub.
16 ölkənin İsveçdə yaşayan nümayəndələrindən ibarət minifutbol komandalarının iştirak etdiyi turnirin final oyununda Albaniya və Braziliya komandaları mübarizə aparıb. Gərgin keçən matçın sonunda Albaniya komandası 3-1 hesabı ilə qalib gəlib. 3-cü yer uğrunda mübarizədə isə Azərbaycan Uruqvaya 3-0 hesabı ilə qalib gəlib. Azərbaycan yığmasını turnirdə Florian, Omar, Rasim, Rustam, Murad, Nicat, Tural, Tolik, Vüsal, Haci və Kamaldan ibarət komanda təmsil edib. Qeyd etdiyimiz kimi komandamızı oyuna turnirin baş tutmasında böyük əməyi olan məşqçi Rüfət Əhmədov hazırlayıb.
“Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı və Azərbaycan yığma komandasının baş məşqçisi Rüfət Əhmədov turnirin keçirilməsində göstərdiyi maliyyə dəstəyinə görə Azərbaycanın İsveçdəki fövqəladə və səlahiyyətli səfiri Zaur Əhmədov cənablarına və onun köməkçisi Nail Qocayevə təşəkkür edib.
PS. Çox təəssüflər olsun ki, Şuşamızın adına keçirilən turnirdə Respublikamızın adına xələl gətirəcək bəzi xoşagəlməz hadisələr baş verib. “Şuşa FM 2022” beynəlxalq minifutbol turnirinin təşkilatçısı Rüfət Əhmədovun saytımıza verdiyi məlumata görə, Azərbaycanın İsveçdəki diasporunun rəhbərliyi turnir iştirakçılarına və turniri təşkil edənlərə çatacaq pulun qalan hissəsini verməyib... Bununla bağlı araşdırmalarımız davam edir və yaxın saylarımızda məsələ ilə bağlı geniş məlumat verəcəyik...


Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























