Fransa millisinin və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kərim Benzema 1956-cı ildən sonra "Qızıl top" mükafatını qazanan ən yaşlı oyunçu olub.
Mediainfo.az-ın məlumatına görə, dekabrda 35 yaşı tamam olacaq hücumçu yalnız mükafatın ilk sahibi Stenli Metyuzdan geri qalır.
İngiltərə yığmasının və "Blekpul"un sabiq forvardı 41 yaşında buna yiyələnib.
Benzema hazırda Fransa PSJ-sində çıxış edən Lionel Messini geridə qoyub. Argentinalı hücumçu 2021-ci ildə 34 yaş 158-ci günündə nüfuzlu mükafata sahib çıxıb.
Qeyd edək ki, Kərim Benzema ötən mövsüm "kral klubu" ilə İspaniya çempionu və Çempionlar Liqasının (ÇL) qalibi olub. Madrid təmsilçisi cari mövsümün əvvəlində isə UEFA Super Kubokunu qazanıb.
Bundan başqa, təcrübəli forvard ötən mövsüm İspaniya La Liqasında 32 oyuna 27 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. O, ÇL-də 15 qol vurub, 2 məhsuldar ötürmə edib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























