Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar.
Mediainfo.az xəbər verir ki, beynəlxalq arenada çıxış edən qardaş ölkə təmsilçilərinin hamısı ilk dəfə eyni gündə qələbə qazanıblar.
Avropa Liqasında mübarizə aparan "Fənərbağça" Kiprdə AEK (Larnaka) komandasına 2:1 hesabı ilə qalib gəlib, "Trabzonspor" isə evdə Fransa "Monako"sunu darmadağın edib - 4:0.
Konfrans Liqasında "Başakşehir" evdə Latviyanın RFŞ klubunu, "Sivasspor" isə Kosovoda "Balkani"ni 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Türkiyə bu dörd komandanın uğurlu çıxışı sayəsində UEFA reytinqində 18-ci sıradan 14-cü pilləyə yüksəlib.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































