“Olimpiakos”un baş məşqçisi Miçel komandasını Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la Bakıda keçiriləcək oyuna həm də psixoliji cəhətdən yaxşı hazırlamağa çalışır.
Mediainfo.az xəbər verir ki, bu barədə Yunanıstan mətbuatı məlumat yayıb.
İspaniyalı mütəxəssisin Yunanıstan Superliqasının 7-ci turunda OFİ-yə qalib gəldikləri (2:1) matçdan sonra futbolçularla xüsusi söhbət apardığı bildirilib.
Baş məşqçi bu uğurlu seriyanı davam etdirməli olduğunu qeyd edib: “Böyük nəticələr əldə etməyin, kim olduğumuzu göstərməyin vaxtıdır” – deyə o bildirib.
Komandanın təcrübəli müdafiəçi Sokratis Papastatopulos da komanda yoldaşlarını bir araya yığaraq, onlarla psixoloji söhbət aparıb, futbolçuları Bakı səfərinə kökləyib, bildirib ki, bu matç bir sıra uğurlu nəticələrin başlanğıc nöqtəsi olmalıdır.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Olimpiakos” oyunu saat 20:45-də başlayacaq. Komandalar arasında Yunanıstanda keçirilən görüş Ağdam klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































