"Formula 1" üzrə Yaponiya Qran-prisi zamanı xoşagəlməz hadisələr baş verib.
Mediainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, yarış 3-cü dövrədə qırmızı bayraqla dayandırılıb.
Buna yağışlı hava üzündən baş verən qəzalar səbəb olub. Birinci dövrədə "Alpine" komandasından Fernando Alonso ilə "Aston Martin"in pilotu Sebastyan Fettel toqquşub, lakin hər ikisi yoluna davam edib. İdarəetməni itirərək qəzaya uğrayan "Ferrari"nin ispaniyalı pilotu Karlos Sayns isə mübarizəni dayandırıb.
Bundan başqa, yarışın keçirildiyi Suzuka trasına traktor daxil olub. Bu isə iştirakçıların narazılığı ilə qarşılanıb.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































