UEFA Avropa Liqasında pley-off mərhələsinə start verilib. "
Mediainfo.az-ın məlumatına görə, 10 oyunun hamısı eyni gündə baş tutub.
Türkiyənin turnirdəki təmsilçilərindən "Sivasspor" İsveçdə "Malmö"yə 1:3 hesabı ilə uduzub. "Fənərbağça" isə Avstriyada "Austriya" (Vyana) komandasına qalib gəlib - 2:0.
"Qarabağ"ın UEFA Çempionlar Liqasında mübarizədən kənarlaşdırdığı "Sürix" İsveçrədə "Harts"ı, "Ferentsvaroş" isə Macarıstanda İrlandiyanın "Şemrok Rovers" klubunu məğlub edib.
UEFA Avropa Liqası
pley-off mərhələsi, ilk oyunlar
18 avqust
20:00. HİK (Finlandiya) - "Silkeborq" (Danimarka) - 1:0
Qol: Devid Braun, 80
Qırmızı vərəqə: Andre Çalişir, 68 ("Silkeborq")
20:30. "Ferentsvaroş" - "Şemrok Rovers" (İrlandiya) - 4:0
Qollar: Karlos Auski, 13. Adama Traore, 35; 48. Eldar Çiviç, 90+3
21:00. "Sürix" (İsveçrə) - "Harts" (Şotlandiya) - 2:1
Qollar: Adria Gerrero, 32. Blerim Cemayli, 34 - Lourens Şeklend, 22 (penalti)
21:00. "Malmö" (İsveç) - "Sivasspor" (Türkiyə) - 3:1
Qollar: Musatafa Zeydan, 18. Anders Kristiansen, 37. Niklas Moysander, 68 - Leke Ceyms, 30
21:00. "Apollon" (Kipr) - "Olimpiakos" (Yunanıstan) - 1:1
Qollar: Rangelo Yanqa, 18 - Xvan In Bom, 29
21:00. "Pünik" (Ermənistan) - "Şerif" (Moldova) - 0:0
21:45. "Lüdoqorets" (Bolqarıstan) - "Jalgiris" (Litva) - 1:0
Qol: İvan Tatomiroviç, 2 (avtoqol)
Qırmızı vərəqə: Donatas Kazlauskas, 90+4
22:00. "Dnepr-1" (Ukrayna) - AEK (Larnaka, Kipr) - 1:2
Qollar: Aleksandr Svatok, 90 - Omri Altman, 16. Aleksandr Svatok, 29
Qırmızı vərəqə: Eduard Sarapi, 90+4
22:30. Gent (Belçika) - Omoniya (Kipr) - 0:2
Qollar: Haralambos Haralambus, 20. Brendon Barker, 76
23:00. "Austriya" (Vyana, Avstriya) - "Fənərbağça" (Türkiyə) - 0:2
Qollar: Coşua Kinq, 8. Serdar Dursun, 89
Qırmızı vərəqə: Lukas Qalvan, 83 ("Austriya")
Qeyd edək ki, cavab qarşılaşmaları avqustun 25-də olacaq
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































