UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkatmasından əvvəl "Neftçi"nin potensial rəqiblərinin sayında azalma baş verib.
Mediainfo.az xəbər verir ki, "ağ-qaralar" III təsnifat mərhələsində Avstriyanın "Rapid" (Vyana) komandasını üstələyəcəyi təqdirdə, səpələnməmişlər səbətində yer alacaq.
Potensial rəqiblər isə Fransanın "Nitsa" komandası, "Hayduk" (Split, Xorvatiya) / "Vitoriya" (Portuqaliya) cütünün qalibi, "Vaduts" (Lixtenşteyn) / "Konyaspor" (Türkiyə) cütünün qalibi və "Vikinq" (Norveç) / "Sliqo Rovers" (İrlandiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin püşkü avqustun 2-də Bakı vaxtı ilə saat 16:00-da atılacaq. 18 avqustda pley-off mərhələsinin ilk oyunu, 25 avqustda isə cavab matçı keçiriləcək. "Neftçi"nin "Rapid"lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































