Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı sona yaxınlaşır.
Mediainfo.az xəbər verir ki, qitə birinciliyinin başa çatmasına bir gün qalmış ölkəmizin hesabına daha 5 medal yazılıb. Sərbəst güləşçilər 4 qızıl və 1 bürünc medal əldə ediblər.
Finalda Vasif Bağırov (48 kq) fransalı Rasul Qalburayevə (tuşe), Camal Abbasov (55 kq) ukraynalı İliya Şketikə (tuşe), İlyas İsayev (65 kq) gürcü Qoqa Otinaşviliyə (3:0), Yusif Dursunov (110 kq) türkiyəli Taha Yakup Temelə (6:0), bürünc medal uğrunda görüşdə isə Şəmistan Axundov (80 kq) ukraynalı Pavlo Vaskovskiyə (5:4) qalib gəlib. Sabah sərbəst güləşçilər daha 5 medal qazana bilərlər.
Bu nəticələrdən sonra Azərbaycan 115 xalla komanda hesabında aşkar liderdir. Müqayisə üçün qeyd edək ki, 2-ci pillədə qərarlaşan Gürcüstanın cəmi 66 xalı var.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































