UEFA Çempionlar Liqasında final oyunu keçirilib.
Mediainfo.az-ın məlumatına görə, Fransanın paytaxtı Parisdəki "Stad de Frans"da keçirilmiş görüşdə İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.
Yerli referi Kleman Türpenin idarə etdiyi qarşılaşma "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.
Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.
Beləliklə, "Real Madrid" 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































