Bu gün UEFA Çempionlar Liqasında növbəti finalçının adına aydınlıq gələcək.
Mediainfo.az xəbər verir ki, İspaniya "Real Madrid"i yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin "Mançester Siti" klubunu qəbul edəcək. "Santyaqo Bernabeu" stadionundakı matçın baş hakimi italiyalı Daniele Orsato olacaq.
"Kral klubu"ndan Eden Azar zədə səbəbindən görüşü buraxacaq. David Alaba və Qaret Beylin meydana çıxması sual altındadır. Qonaqlardan isə Con Stounz zədəli olduğu üçün oynamayacaq. Kayl Uokerin matçda iştirak edib-etməyəcəyi bəlli deyil.
Komandalar arasında Mançesterdə keçirilmiş ilk oyunda "şəhərlilər" 4:3 hesablı qələbə qazanıb. Cütün qalibi finalda İngiltərə "Liverpul"u ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası, yarımfinal
Cavab oyunu
4 may
23:00. "Real Madrid" (İspaniya) - "Mançester Siti" (İngiltərə)
Baş hakim: Daniele Orsato (İtaliya)
Madrid, "Santyaqo Bernabeu" stadionu.
İlk oyun - 3:4
Qeyd edək ki, yarımfinalın digər cavab oyununda "Liverpul"u İspaniyada "Vilyarreal"a 3:2 hesabı ilə qalib gəlib. İngiltərə təmsilçisi öz meydanında da 2:0 hesablı qələbə qazandığı üçün finala adlayıb.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır























































