"Qarabağ"ın Fransada "Marsel"ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə oynanıla bilər.
Mediainfo.az xəbər verir ki, buna səbəb Ağdam klubunun futbolçularına vurulmuş peyvəndlərin Fransada qəbul olunmamasıdır.
İddiaya görə, Avropa futbol qurumu məsələ ilə bağlı yerli hakimiyyətlə danışıqlar aparır və oyunçular üçün istisna tətbiq edilməsinə çalışır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, UEFA-nın qaydalarına uyğun olaraq, qarşılaşma neytral ölkədə baş tuta bilər.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































