“Qarabağ”ın avrokuboklarda mübarizəni davam etdirməsi əksər futbol menecerlərinin də diqqətini cəlb edib.
Oxuməni.az xəbər verir ki, Ağdam klubuna çox sayda futbolçu təklif olunub onlar arasında tanınmış simalar da var.
Azərbaycan klubuna təklif olunan oyunçulardan biri isə Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellainidir. 2019-cu ildən Çinin “Şandun Tayşan” klubunda çıxış edən 35 yaşlı orta sahə oyunçusu yenidən Avropaya qayıtmaq arzusundadır. Onun menecerliyini edən şirkət Fellaininin avrokuboklarda çıxış edən komandalardan birinə keçməsində maraqlıdır. Bu üzdən yarımmüdafiəçinin xidməti bir neçə kluba təklif olunub ki, onlar arasında “Qarabağ” da var.
Ancaq futbolçunun yaşı və “Qarabağ”da bu mövqedə kifayət qədər oyunçunun olması Ağdam klubunda tərəddüd yaradıb.
Maruan Fellaini karyerası ərzində “Standard”, “Everton” və “Mançester Yunayted”in formasını geyinib.
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə
Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Kanada AB-nin assosiativ üzvü olmaq İstəyir

















.jpg)
.jpg)










.jpg)

























