Azərbaycana daha bir mötəbər yarış keçiriləcək. 2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa çempionatı Bakıya etibar olunub.
Bu barədə qərar Avropa Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin Lozannada keçirilən iclasında verilib. Bədii gimnastika üzrə 3 dəfə qitə çempionatına ev sahibliyi edən ölkəmiz bu idman növü üzrə ilk dəfə belə yarışı təşkil edəcək.
Azərbaycan bunadək isə idman gimnastikası (19-21 fevral) və batut (5-6 mart) üzrə Dünya Kubokunun mərhələ yarışını qəbul edəcək. Bədii gimnastika üzrə analoji isə Rio-de-Janeyro-2016 Olimpiya Oyunları ərəfəsində - iyulun 22-24-də Milli Gimnastika Arenasında baş tutacaq.
Qeyd edək ki, ölkəmizdə batut gimnastikasının əsası 2013-cü ilin sonunda qoyulub. Avropa Oyunları üçün hazırlanan komandanın heyətində İlya Qrişunin Bakı-2015-də bürünc medal qazanıb.
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə












.jpg)
















.jpg)



















.jpg)


