Azərbaycan cüdoçusu Kubada keçirilən “Qran Pri”də qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Kubada keçirilən “Qran Pri”də qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Rüstəm Orucov Kubanın paytaxtında keçirilən Havana "Qran Pri"sində qızıl medal qazanıb.

25 yaşlı Orucov 73 kq. çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, mübarizəyə ikinci mərhələdən qoşulub. O, finala gedən yolda ardıcıl olaraq, monteneqrolu Nikola Qusiç, italiyalı Enriko Parlati, qanalı Emmanuel Nartey və monqol Odbayar Qanbatarı məğlub edib. Həlledici qarşılaşmada isə azərbaycanlı cüdoçu BƏƏ təmsilçisi Viktor Skvortova vazari fəndi ilə qalib gələrək, "Qran Pri"nin qalibi olub.

81 kq. çəki dərəcəsində yer alan Rüstəm Alimli ilk görüşündə kubalı Xose Sotomayoru, ardından monqol Uqanbatar Otqonbatarı yensə də, 1/4 finalda rusiyalı Xasan Xalmurzayevə, ilk təsəlliverici görüşdə yunan Roman Mustopulosa uduzaraq, 7-ci yerlə kifayətlənib. Bu çəkidəki digər cüdoçumuz Əbdülhəq Rəsullu isə mübarizəyə isveçli Robin Paçek üzərində qələbə ilə başlayıb. Lakin o, 1/8 finalda alman Sven Mareşə yenilib və mübarizəni dayandırıb.

Beləliklə, Havana "Qran Prisi"ndə ilk 2 gündən sonra Azərbaycan milli komandasının aktivində 1 qızıl və 1 bürünc medal var.

Qeyd edək ki, "Qran-Pri"nin ilk günündə Orxan Səfərli (60 kq) bürünc medal qazanıb. Bu gün Azərbaycanın son 5 təmsilçisi - Şahin Qəhrəmanov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşangi Kokauri (+100 kq) çıxış edəcəklər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az