Xərçəng xəstəliyindən əziyyət çəkən boksçumuzun ölüm xəbəri onu tanıyanları sarsıdıb.
Axar.az yada salır ki, ABŞ-da yaşayan Emil Baku 1972-ci il təvəllüdlüdür. 1990-cı illərin əvvəllərində ABŞ-a köçüblər.
O, 90-cı illərin sonunda okeanın o tayında hər kəsin diqqətini cəlb eləmişdi. Qardaşı Rüfətlə birlikdə ABŞ-da yaşasalar da, peşəkar rinqdə qələbələrini Azərbaycan bayrağı altında qeyd edirdilər.
Onların döyüşləri tez-tez AzTV efirində yayımlanırdı. Amma hər ikisi karyerasını başa vurandan sonra unuduldu. Emil isə 43 yaşında ağır xəstəliyə tutuldu.
Peşəkar rinqdə keçirdiyi 24 döyüşdən 22-sində qələbə qazanan Emilin xəstəlikdən qurtuluşu üçün yardım kampaniyasına Marina adlı şəxs start vermişdi. "Gofundme.com" saytında fikirlərini yazan xanım Emilin qonşusu olduğunu qeyd etmişdi:
"O çox incə, centlmen və qayğıkeş insandır. Emilin enerjisi, mülayimliyi və sevgisi məni çox dəyişib. Onun bu xəstəliklə mübarizəsini kənardan izləmək dəhşətlidir. Bəzən ağrılar çox şiddətlənir. Başqalarının yardımı olmadan gəzə bilmir".
Marinanın çağırışından sonra həmin portala onlayn ianələr göndərilib. Onlar arasında azərbaycanlılar da var, başqa ölkələrin vətəndaşları da. Amma yığılan vəsaitlər Emili ağır xəstəliklə mübarizə rinqindən qalib çıxara bilmədi...
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































