Azərbaycanda daha bir dünya çempionatı keçirilə bilər - RƏSMİ BAKI MÜRACİƏT EDİB

Azərbaycanda daha bir dünya çempionatı keçirilə bilər - RƏSMİ BAKI MÜRACİƏT EDİB

Azərbaycan cüdo üzrə dünya çempionatını keçirməyə namizədliyini irəli sürüb.

Bunu tvitter sosial şəbəkəsində Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer açıqlayıb.

2018 və 2019-cu ildə təşkil olunacaq dünya çempionatları üçün artıq 5 şəhər rəsmi təklif göndərib. Vizerin sözlərinə görə, mundiala ev sahibliyi etməkdə Azərbaycan da iddialıdı: "Paris, Tokio, Kazan, Bakı və Qahirə artıq bizə müraciət edib. Həmçinin, Hyustonun da onlara qoşulması istisna deyil".

Dünya çempionatının paytaxtımızda keçirilib-keçirilməyəcəyinə isə tezliklə aydınlıq gələ bilər. Məhz bu məsələni və ölkəmizdə cüdonun gələcəyini müzakirə etmək üçün Vizerin bu gün Bakıya rəsmi səfəri başlayacaq.

Saat 16:00-da paytaxtımızda olacaq beynəlxalq qurumun rəhbəri Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə görüşəcək. Onların cüdonun inkişafı üçün fikir mübadiləsi aparacağı da planlaşdırılır.

Qeyd edək ki, dünya çempionatı Bakıya verilərsə, Azərbaycan tarixində ilk olacaq. Çünki paytaxtımız indiyədək boks, güləş, gimnastika və bir neçə növ üzrə mundiala ev sahibliyi etsə də, cüdoda belə hal yaşanmayıb. (apa)

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

2026.05.02

2026.05.01

2026.04.30

2026.04.29

2026.04.28

2026.04.27

2026.04.26

2026.04.25

Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
Ünvan: Bakı səh., Yasamal r-nu 529-cu məhəllə, AZ 1073 VÖEN 1000204751
Tel.: 012 510 59 89; 012 510 59 99; 077 767 06 66
E-mail: [email protected]
2009-2026 © Azerbaycanpolisi.az