Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda yalnız bir məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Belə ki, Peşəkar Futbol Liqası (PFL) İntizam Komitəsinə məktub ünvanlayaraq, Topaz Premyer Liqasında çıxış edən klubların ("Qarabağ" FK istisna olmaqla) legioner futbolçular üçün nəzərdə tutulan üzvlük haqqı və cərimələrdən ibarət olan PFL-ə ödənilməmiş borclarının olduğunu və borcların son ödəmə tarixinin 29 yanvar 2016-cı il kimi qeyd olunduğunu bildirib.
Eyni zamanda PFL təyin edilmiş tarixə kimi borcunu ödəməyən klublara qarşı yeni (yerli və legioner) futbolçuların qeydiyyatını və hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulması ilə bağlı da İntizam Komitəsinə müraciət edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq 29 yanvar 2016-cı il tarixinə kimi PFL-ə olan borcunu ödəməyən klublara qarşı İntizam Komitəsi aşağıdakı cəzaları tətbiq edib:
- Yeni (yerli və legioner) futbolçuların qeydiyyatına qadağa qoyulsun.
- Hazırda heyətdə olan legioner futbolçuların növbəti turlarda iştirakına qadağa qoyulsun (borc ödənilənədək tarixə kimi).
- Borcunu ödəmiş kluba qarşı cəzalar qüvvədən düşür.
Mediainfo.az
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































