"Benites ilk gündən "Real"ın azarkeşləri tərəfindən qəbul edilmədi. Buna görə də, o, "Santyaqo Bernabeu"da özünü qonaq kimi hiss edirdi".
Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki "goal.com"a açıqlamasında deyib.
Madrid "Real"ında gerçəkləşən baş məşqçi dəyişikliyinə toxunan xorvatiyalı mütəxəssis Zinəddin Zidanın təyinatının doğru qərar olduğunu bildirib:
"Bu barədə xəbəri mətbuatdan oxudum. Bir neçə həftə idi ki, Benitesin üzərində güclü təzyiq hökm sürürdü. "Valensiya" ilə 2:2 bərabərlik isə artıq rəhbərliyi dəyişikliklərə əl atmağa vadar etdi. Belədə ilk ağıla gələn baş məşqçi dəyişikliyi olur. Zidanın təyinatı doğru qərar idi. Artıq "Real"a klubun əfsanəsi başçılıq edəcək. Zidan öz dövrünün ən güclü futbolçularından olub.
Onun məşqçi kimi də uğur qazanacağına inanıram. La Liqada çempionluq uğrunda əsas favorit yenə də "Barselona"dır. Ancaq Zidan da nəsə etməyə çalışacaq. Onun üçün "Real"da işləmək çətin olmayacaq. Çünki daha öncə "Real"ın əvəzedici komandasını çalışdırıb. O, əsl döyüşçüdür. Futbolçu kimi "Real"da bir sıra uğur qazanıb. Benitesdən fərqli olaraq onun komanda üzvləri və azarkeşlərlə hər hansı problem yaşayacağını düşünmürəm".
Qeyd edək ki, Prosineçkinin özü də 1991-1994-cü illərdə "Real"da çıxış edib. O, keçirdiyi 55 oyunda 10 qola imza atıb.
Mediainfo.az
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü
Azərbaycanlı qadın qayınatasını döyərək öldürüb?
Bakıda gənc motosikletçi yol qəzasında ölüb
Xaçmazda 70 yaşlı kişi eşşək dişlədikdən sonra ölüb

















































