"Qarabağ"ın sabiq futbolçusu Muarem Muaremin "Malatyaspor"a keçidi baş tutmayıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, bunu Malatya klubunun idman direktoru Ali Ravcı deyib.
Ötən yayda keçdiyi "Əskişəhərspor"da çox qalmayan makedoniyalı yarımmüdafiəçi ilk dövrə başa çatmamış Superliqa klubu ilə yollarını ayırmışdı. Adı yenidən "Qarabağ"la birgə hallanan 27 yaşlı oyunçu PTT I liqa təmsilçisi "Malatyaspor"la anlaşmışdı.
Lakin Ali Ravcı bu keçidin baş tutmayacağını söyləyib. O, bunun səbəbini də bildirib: "Muaremlə danışıqlarımız bir müddət idi ki, davam edirdi. Lakin keçid gerçəkləşmədi. Çünki bu futbolçu Azərbaycan klublarından biri ilə anlaşdı".
Muaremin anlaşdığı komandanın "Qarabağ" olması istisna deyil. ÇünkiAğdam klubunun baş məşqçisi Qurban Qurbanov da makedoniyalının dönməsinin əleyhinə olmadığını bildirmişdi.
Qeyd edək ki, Muarem Muarem 2012-2015-ci illərdə formasını geyindiyi "Qarabağ"ı cari mövsümün əvvəlində "Əskişəhərspor"a dəyişmişdi.
Ana pilləkəndən yıxıldı, qucağındakı körpə öldü
DİN vətəndaşlara xəbərdarlıq etdi
Uzunömürlülərin qanında xərçəng hüceyrələrini məhv edən nadir immun hüceyrələri aşkarlanıb
İlanı öldürdü, bir müddət sonra özü həyatını itirdi
İtaliyada oğluna 3 gün toy etdi, 6 milyon xərclədi - Foto
Qorxunc plan: Əhali sayı sürətlə azaldılmalıdır...
“Allahın verdiyi burnu kəsdirənlər mənə söz deyir“
İsrail Amerikanın F-35 qırıcısının analoqunu yaratmağı planlaşdırır





















.jpg)

.jpg)































