"Qarabağ" klubunun futbolçusu Raydell Pupon komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Hollandiya mətbuatının yaydığı məlumata görə, 28 yaşlı hücumçu bu cür xəbərləri gördükdə şoka düşdüyünü deyib.
Pupon komanda ilə birgə qış təlim-məşq toplanışında iştirak edəcəyini bildirib:
"Bu xəbərlərin haradan qaynaqlandığını bilmirəm. Bildiyim tək şey yanvarın 5-də komanda ilə birgə Antalyaya təlim-məşq toplanışına yollanmalı olduğumdur".
"Qarabağ"ın heyətində meydana tez-tez çıxmamağından söz açan hollandiyalı futbolçu bunu zədə və aldığı vərəqələrlə əlaqələndirib. Onun sözlərinə görə, Ağdam klubu ilə yollarını yalnız müqavilə müddəti bitdikdən sonra ayıra bilər:
"Qarabağ"dan getməyim haqda ancaq yayda düşünə bilərəm. Onlar məndən indi xilas olmaq istəyirlərsə, çoxlu pul ödəməli olacaqlar".
Qeyd edək ki, Raydell Pupon karyerası ərzində ölkəsinin "Ayaks", "Villem II", "De Qrafşap", "Den Haaq", "Breda" və Fransanın "Valensyen" klublarında çıxış edib. O, "Qarabağ"a cari ilin yay transfer pəncərəsində qoşulub. Puponla 2 illik müqavilə bağlanılıb. (publika)
Mediainfo.az
Azərbaycanda yeni Ombudsman seçiləcək
Bakıda məktəbdə şagird faciəvi şəkildə öldü
“Real” “El-Klasiko”da “Barselona”ya qalib gəldi
Astarada kişi evində faciəvi şəkildə öldü
“Onları İrana göndərmək lazımdır” - Xalq artisti
Qaradağda əsgərləri daşıyan avtobus aşdı
Milli təhlükəsizliyin qorunmasına rəhbərlik etmiş şəxs dövlət sirlərini ticarət obyektinə çevirib
U-21 millimizdən tarixi nəticə












.jpg)
















.jpg)



















.jpg)


