Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.
İkinci oyun günündə A, B, C və D qruplarında matçlar keçiriləcək.
Oxuməni.az xəbər verir ki, A qrupunda "Mançester Siti" evdə PSJ-ni qəbul edəcək. İngiltərə klubu qələbə qazanacağı təqdirdə, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək. Heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilər. Bunun üçün digər qarşılaşmada "Leyptsiq" "Brügge"yə uduzmamalıdır.
B qrupunda pley-offa vəsiqəni rəsmiləşdirən "Liverpul" "Portu"nu qəbul edəcək. "Milan" isə "Atletiko"nun qonağı olacaq.
C qrupunda Türkiyə "Beşiktaş"ı pley-offa vəsiqəni təmin edən "Ayaks"ını qəbul edəcək. Qrupun digər oyununda isə Dortmund "Borussiya"sı səfərdə "Sportinq"lə üz-üzə gələcək
D qrupunda "İnter" doğma meydanda "Şaxtyor"la (Donetsk) qarşılaşacaq. Qrupun digər oyununda isə "Real" "Şerif"lə üz-üzə gələcək. Milan və Madrid təmsilçiləri qələbə qazanacaqları təqdirdə, pley-offa vəsiqə qazanacaqlar.
24 noyabr
A qrupu
00:00. "Brügge" (Belçika) - "Leyptsiq" (Almaniya)
00:00. "Mançester Siti" (İngiltərə) - PSJ (Fransa)
Xal durumu: "Mançester Siti" - 9, PSJ - 8, "Brügge" - 4, "Leyptsiq" - 1.
B qrupu
00:00. "Atletiko" (Madrid, İspaniya) - "Milan" (İtaliya)
00:00. "Liverpul" (İngiltərə) - "Portu" (Portuqaliya)
Xal durumu: "Liverpul" - 12, "Portu" - 5, "Atletiko" - 4, "Milan" - 1.
C qrupu
21:45. "Beşiktaş" (Türkiyə) - "Ayaks" (Niderland)
00:00. "Sportinq" (Portuqaliya) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Ayaks" - 12, "Borussiya" - 6, "Sportinq" - 6, "Beşiktaş" - 0.
D qrupu
21:45. "İnter" (İtaliya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
00:00. "Şerif" (Moldova) - "Real Madrid" (İspaniya)
Xal durumu: "Real Madrid" - 9, "İnter" - 7, "Şerif" - 6, "Şaxtyor" - 1.
Gəlinini narahat edən kişinin üzərindən maşını ilə keçdi
Mərdəkanda dənizdə boğulan dörd nəfərdən sonuncusunun cəsədi tapılıb
İmişlidə bir neçə ticarət obyekti yanır
Polşa sakini azərbaycanlını nifrət zəminində döyüb
Elçi göndərdiyi qızın atası 35 yaşlı kişini döyüb öldürdü
Moskvadakı Ticarət Mərkəzinə dron hücumunda azərbaycanlılar yaralanıb
Maştağada 62 yaşlı kişini cərəyan vurub öldürdü























































